Britaniyanın The Telegraph nəşri yazır ki, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibənin dalana dirəndiyi şəraitdə NATO üzvü olan ölkələrdən birinə, xüsusilə Polşaya qarşı riskli addım atma ehtimalını nəzərdən keçirə bilər.
Məqalədə bu ssenari müəlliflərin təhlili və ehtimal qiymətləndirməsi kimi təqdim olunur. Nəşr hesab edir ki, belə bir addım Moskvanın Qərbin qətiyyətini sınaqdan keçirmək cəhdi ola bilər. Bununla belə, hazırda Rusiyanın Polşaya və ya digər NATO ölkəsinə hücum etməyə hazırlaşdığına dair rəsmi təsdiqlənmiş məlumat yoxdur.
Qeyd edək ki, NATO-nun 5-ci maddəsinə əsasən, alyansın bir üzvünə silahlı hücum bütün üzvlərə hücum kimi qiymətləndirilir.
//Samir Qurbanov, Editor.az

