Pentaqon ABŞ ordusu üçün silah tədarükünü gecikdirir – səbəb açıqlandıbackend

Pentaqon ABŞ ordusu üçün silah tədarükünü gecikdirir – səbəb açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ordunun yeni silah sistemləri ilə təminatında planlaşdırılan müddətlərə əməl edə bilmir.

Breaking Defense nəşrinin yaydığı məlumata görə, buna səbəb ABŞ hökumətinin nəzarət orqanının yeni hesabatında göstərilən proqram idarəetməsi və silahların hazırlanması prosesindəki gecikmələrdir.

Hesabatda qeyd olunur ki, Pentaqonun dəfələrlə tədarükü sürətləndirmək vədlərinə baxmayaraq, bir sıra əsas silah proqramlarında gecikmələr davam edir. Bu vəziyyət ABŞ ordusunun müasir silahlarla təchizatının planlaşdırıldığından daha gec həyata keçirilməsinə səbəb olur.

//Samir Qurbanov, Editor.az