Polşa mətbuatının yazdığına görə, Ukrayna nümayəndə heyəti Polşadakı sovet istehsalı olan MiQ-29 qırıcılarını yoxladıqdan sonra onların texniki vəziyyətinin qənaətbəxş olmadığını müəyyən edib.
Onet nəşrinin hökumətdəki mənbəyə istinadən yaydığı məlumata əsasən, Kiyev təyyarələri yalnız Polşa onları öz hesabına modernləşdirəcəyi təqdirdə qəbul etməyə hazır olduğunu bildirib. Mənbənin sözlərinə görə, Varşava bu şərtlə razılaşıb.
Bununla belə, qırıcıların Ukraynaya nə vaxt təhvil veriləcəyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
//Samir Qurbanov, Editor.az

