Paşinyan Ermənistan balığından imtina etdiyini açıqladıbackend

Paşinyan Ermənistan balığından imtina etdiyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə yetişdirilən balığı istehlak etmədiyini etiraf edib. O, buna səbəb kimi yerli balıq məhsullarının keyfiyyətinə dair ciddi şübhələrinin olduğunu göstərib.

Paşinyan hökumətin iclasında çıxışı zamanı bildirib ki, istehlakçıların yerli məhsullara etimadını bərpa etmək üçün istehsal və keyfiyyətə nəzarət standartları gücləndirilməlidir.
Baş nazirin sözlərinə görə, məhsulların təhlükəsizliyi və keyfiyyəti ilə bağlı bütün suallar aradan qaldırılmadan onların istehlakına tam etibar etmək mümkün deyil.

Paşinyanın bu açıqlaması Ermənistanda qida təhlükəsizliyi və balıqçılıq sahəsində keyfiyyət standartları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

//Samir Qurbanov, Editor.az