Polşa Ukrayna ilə sərhəddəki mühüm keçid məntəqəsini bağlamaq qərarını dəyişdibackend

Polşa Ukrayna ilə sərhəddəki mühüm keçid məntəqəsini bağlamaq qərarını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Ukrayna ilə sərhəddə yerləşən “Şeqini–Medıka” sərhəd-keçid məntəqəsinin uzunmüddətli bağlanması ilə bağlı planlarına yenidən baxıb.

Nəticədə, yay mövsümündə məntəqənin fəaliyyəti davam etdiriləcək. Bu barədə Ukraynanın İcmaların və Ərazilərin İnkişafı Nazirliyi məlumat yayıb.
Məlumata görə, sərhəd-keçid məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar əvvəlcə daha ciddi məhdudiyyətlərin tətbiqi nəzərdə tutulurdu. Lakin tərəflər arasında aparılan müzakirələrdən sonra keçid məntəqəsinin tam bağlanmasından imtina edilib və yay aylarında fəaliyyətinin qorunub saxlanılması qərara alınıb.

Bununla belə, iyunun 15-dən etibarən Ukraynadan Polşaya istiqamətlənən avtobusların “Şeqini–Medıka” keçid məntəqəsindən hərəkəti dayandırılacaq. Təmir işlərinin 2027-ci ilin noyabr ayınadək davam etməsi planlaşdırılır. Polşadan Ukraynaya gedən avtobusların keçidində isə hər hansı dəyişiklik nəzərdə tutulmur.

Qeyd edək ki, “Şeqini–Medıka” Polşa-Ukrayna sərhədində ən intensiv istifadə olunan keçid məntəqələrindən biri hesab olunur və sərnişin daşımalarında mühüm rol oynayır.

//Samir Qurbanov, Editor.az