Ukrayna Afipski Neft Emalı Zavoduna və Krımdakı hərbi obyektlərə zərbə endiribbackend

Ukrayna Afipski Neft Emalı Zavoduna və Krımdakı hərbi obyektlərə zərbə endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Qüvvələri iyunun 10-u axşam saatlarından 11-nə keçən gecə Rusiya ordusunun hərbi, logistika və sənaye obyektlərinə qarşı növbəti zərbələr həyata keçirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Rusiyanın Krasnodar diyarında yerləşən Afipski Neft Emalı Zavodu vurulub. İlkin məlumatlara əsasən, hədəfə dəqiq zərbə endirilib və müəssisənin ərazisində yanğın baş verib.

Baş Qərargahın açıqlamasında bildirilir ki, əməliyyat çərçivəsində işğal altındakı Krımda yerləşən bir sıra hərbi obyektlər də hədəf alınıb. Zərbələrin məqsədinin Rusiya ordusunun yanacaq təminatını, logistika marşrutlarını və hərbi imkanlarını zəiflətmək olduğu qeyd edilir.
Ukrayna tərəfi əməliyyatın nəticələrinin dəqiqləşdirildiyini vurğulayıb. Rusiya rəsmiləri isə hadisə ilə bağlı hələlik ətraflı məlumat yaymayıblar.

Ukrayna ordusu son aylarda Rusiyanın hərbi-logistika infrastrukturuna qarşı uzaqmənzilli dron və raket zərbələrinin intensivliyini artıraraq, cəbhə bölgələrindəki təchizat zəncirini pozmağa çalışır.

//Samir Qurbanov, Editor.az