Polşada Ukraynaya dəstək zəifləyir? Sorğu diqqətçəkən nəticələr göstərdibackend

Polşada Ukraynaya dəstək zəifləyir? Sorğu diqqətçəkən nəticələr göstərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada ictimai rəy sorğusu ölkə vətəndaşlarının Ukrayna və ukraynalılara münasibətində əhəmiyyətli dəyişikliklərin baş verdiyini göstərib.
Editor.az xəbər verir ki, Opinia24 tədqiqat şirkətinin keçirdiyi sorğuya əsasən, respondentlərin 36 faizi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlanmasından sonra ukraynalılara münasibətlərinin pisləşdiyini bildirib. Araşdırmanın nəticələri RMF24 nəşri tərəfindən dərc olunub.

Sorğu Polşa cəmiyyətində Ukrayna ilə bağlı əhval-ruhiyyənin əvvəlki dövrlə müqayisədə nəzərəçarpacaq dərəcədə dəyişdiyini ortaya qoyur.

//Samir Qurbanov, Editor.az