Qanalı biznesmen “Çelsi”ni almaq istəyirbackend

Qanalı biznesmen “Çelsi”ni almaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasının və Avropa futbolunun başsız qalan nəhəngi “Çelsi”ni daha bir şəxs almaq istəyir.

Editor.az-ın “Sporx”a istinadən verdiyi məlumata görə, afrikalı iş adamı klubu almaq üçün 3 milyard sterlinq ödəməyə hazırdır. Bernard Antvi Bosiakonun klubu almaqda məqsədi qızıl mədənlərini reklam etməkdir.

Qeyd edək ki, Bernard Antvi Bosiakonun qızıl mədənləri biznesi ilə yanaşı radio və televiziyası da mövcuddur. O eyni zamanda ölkənin hakim partiyasının vilayət sədridir.

Xatırladaq ki, bundan əvvəl türk iş adamı Muhsin Bayrak da ingilis klubunu almaq istədiyini bildirib.