“Qarabağ”da daha bir itkibackend

“Qarabağ”da daha bir itki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo Konfrans Liqasının təsnifat mərhələsinin pley-offunda “Tvente”yə qarşı ilk oyununu buraxa bilər.

Editor.az  Sportal.az-a istinadən xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçu Misli Premyer Liqasının birinci turunda “Şamaxı”ya 3:1 hesabı ilə qalib gəldikləri görüşdə zədələnib.

Onun sabahkı matçda meydana çıxmaq ehtimalının aşağı olduğu iddia edilir.

“Tvente” – “Qarabağ” matçı avqustun 20-də Ensxededəki “De Qrols Veste” stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Əlavə edək ki, Elvin Cəfərquliyevin “Tvente”yə qarşı oynamayacağı dəqiqdir.