Türkiyədə tanınmış din xadimi və arvadı saxlanıldı – (Foto)backend

Türkiyədə tanınmış din xadimi və arvadı saxlanıldı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Adana şəhərində “Furkan” Vəqfinin təsisçisi Alparslan Kuytul və həyat yoldaşı polis əməliyyatı zamanı saxlanılıb.

Milli.Az xəbər verir ki, əməliyyat səhər saatlarında Seyhan rayonunun Reşatbey məhəlləsində Kuytulun yaşadığı evdə keçirilib. Polis və xüsusi təyinatlı qüvvələrin iştirakı ilə evdə axtarış aparılıb, ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb.

Kuytul və həyat yoldaşı tibbi müayinədən keçirilmək üçün Adana Məhkəmə Tibbi Ekspertiza İnstitutuna aparılıb. Daha sonra onlar polis bölməsinə təhvil verilib. Əməliyyat çərçivəsində vəqfin bəzi üzvlərinin də saxlanıldığı bildirilir.

Kuytul daha əvvəl də hüquq-mühafizə orqanlarının araşdırmalarına cəlb olunub. O, 2018-ci ildə həbs edilsə də, 2020-ci ildə ona qarşı irəli sürülən ittihamlar üzrə bəraət alıb. 2022-ci ildə isə adam oğurluğu iddiası ilə yenidən həbs edilən Kuytul 2023-cü ilin iyununda azadlığa buraxılıb.

Hazırkı əməliyyatın səbəbləri və saxlanılan şəxslərə qarşı irəli sürülən ittihamlarla bağlı ətraflı məlumat açıqlanmayıb.