İran Avropadakı ABŞ hərbi bazalarını hədəfə ala bilər: NATO-dan açıqlamabackend

İran Avropadakı ABŞ hərbi bazalarını hədəfə ala bilər: NATO-dan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ABŞ-la münaqişənin daha da genişlənəcəyi təqdirdə Avropadakı ABŞ hərbi obyektlərinə zərbə endirmə imkanını nəzərdən keçirir.

Editor.az xəbər verir ki, CNN-ə açıqlama verən NATO rəsmisi bildirib ki, Alyans Avropaya qarşı, o cümlədən İrandan yarana biləcək istənilən təhlükəyə cavab verməyə hazırdır. Rəsmi NATO-nun bütün üzvlərini müdafiə etmək üçün zəruri addımları atacağını vurğulayıb.

Bundan əvvəl Financial Times İran hakimiyyətinə yaxın iki mənbəyə istinadən yazıb ki, Tehran ABŞ-ın Avropadakı hərbi obyektlərinə mümkün zərbələri nəzərdən keçirir. Söhbət xüsusilə Cənub-Şərqi Avropadakı ABŞ hərbi infrastrukturundan gedir. Bolqarıstan və Kiprdəki obyektlərin mümkün hədəflər sırasında olduğu bildirilir.

Məlumata görə, Tehran belə bir addımı Vaşinqtonun İrana qarşı hərbi əməliyyatları genişləndirəcəyi təqdirdə mümkün cavab tədbiri kimi qiymətləndirir.
Bu ssenarinin reallaşması İran-ABŞ qarşıdurmasının Yaxın Şərqdən kənara çıxaraq NATO ərazisinə yayılması riskini artıra bilər. Bu isə münaqişənin daha geniş regional və beynəlxalq qarşıdurmaya çevrilməsi ilə bağlı narahatlıqları gücləndirir.

//Samir Qurbanov, Editor.az