Putin Ukraynanın Rusiyaya zərbələrindən dəyən zərəri etiraf etdibackend

Putin Ukraynanın Rusiyaya zərbələrindən dəyən zərəri etiraf etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın ölkə ərazisindəki sənaye, logistika və infrastruktur obyektlərinə endirdiyi zərbələrin Rusiyaya ziyan vurduğunu etiraf edib.

Bununla belə, Putin hücumların ciddi və ya kritik nəticələrə səbəb olmadığını iddia edib.

Putin bu barədə avqustun 19-da Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında danışıb. O, Ukraynanın hücumlarının zərər vurduğunu bildirsə də, Rusiyanın ticarət və logistika infrastrukturunun ümumilikdə sabit fəaliyyət göstərdiyini deyib.

Rusiya lideri həmçinin hücumlar nəticəsində zədələnmiş logistika və anbar obyektlərinin bərpası üçün dövlət dəstəyinin göstərilməsinin vacibliyini vurğulayıb.

Son həftələrdə Ukraynanın Rusiyanın neft emalı zavodları, logistika mərkəzləri, limanları və digər infrastruktur obyektlərinə zərbələri intensivləşib. Bu hücumların Rusiyanın yanacaq və logistika sektoruna təsiri barədə müxtəlif məlumatlar yayılıb.

//Samir Qurbanov, Editor.az