Qurban Qurbanovdan YENİ TRANSFER etirafıbackend

Qurban Qurbanovdan YENİ TRANSFER etirafı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov heyətə cəlb olunacaq yeni transferlə əlaqədar ərizədə dəyişiklik etməyi planlaşdırdıqlarını, ancaq həlledici anda gözlənilməz problemin ortaya çıxdığını vurğulayıb.

Oxu.Az xəbər verir ki, mütəxəssis UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubuna qarşı keçiriləcək ilk görüşdən öncə təşkil olunan mətbuat konfransında bu barədə danışıb.

“Dünən ərizədə bir dəyişiklik olmalı idi, amma qaldı. Sanki bütün işlər tamamlanırdı. Bunu yeni transferlə bağlı deyirəm. Lakin birdən-birə problem ortaya çıxdı və məsələ təxirə düşdü”, – deyə baş məşqçi qeyd edib.

Mətbuat konfransında Jeremi Qnalinin gələcək karyerası və komandadakı taleyinə də toxunulub:

“Hələ çox cavandır və perspektivli oyunçudur. Lakin klub axtarması ilə bağlı özünə bildirmişik. Ola bilər ki, o, bizdə ardıcıl 3-5 oyunda meydana çıxsaydı, öz idman formasını daha yaxşı bərpa edə bilərdi.

Ancaq nəzərə almaq lazımdır ki, bizdə həmin mövqedə Elvin Cəfərquliyev və Toral Bayramov çıxış edirdi. İndi isə heyətimizdə Bruno Lanqa da var. Belə rəqabətli mühitdə onlarla mübarizə aparmaq heç də asan deyil”.

Xatırladaq ki, “Tvente” və “Qarabağ” arasındakı ilk duel avqustun 20-si, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Bu cütün cavab qarşılaşması isə avqustun 27-si, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.