İranın xarici işlər naziri Abbas Əraqçi Çinin xarici işlər naziri Vanq Yi ilə görüşdə Tehran ABŞ-la yalnız ədalətli və hərtərəfli bir razılaşmanı qəbul edəcəyini bildirib.
“Biz yalnız ədalətli və hərtərəfli bir razılaşmanı qəbul edəcəyik.” – Abbas Əraqçi deyib.
Onun çinli həmkarı bölgədə tam atəşkəsin vacibliyini vurğulayaraq cavab verib. İranın yüksək vəzifəli diplomatı Tehran və Pekin arasındakı münasibətlərin indiyə qədər olduğundan daha güclü olacağını bildirib və Çini “Tehranın səmimi dostu” adlandırıb.
Xatırladaq ki, İran əvvəllər müharibəyə tamamilə son qoyulmasını və bir ay ərzində əsas məsələlər üzrə razılaşmaların əldə edilməsini tələb edən 14 maddəlik sülh planını ABŞ-a təqdim etmişdi.
//Samir Qurbanov, Editor.az

