İsrail-HƏMAS danışıqları dalana dirənibbackend

İsrail-HƏMAS danışıqları dalana dirənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sülh Şurası”, HƏMAS tərksilah şərtlərini yerinə yetirməsə, İsraildən Qəzzada atəşkəsə riayət etməsini tələb etməyəcək.

Şuranın Qəzza üzrə xüsusi nümayəndəsi Nikolay Mladenovun sözlərinə görə, HƏMAS-ın prinsipial mövqeyi və demilitarizasiya məsələsində güzəştə getmək istəməməsi müharibənin yeni mərhələsinə gətirib çıxara bilər. Bu, həm də İsraildən artıq atəşkəs tələb etməsi və ya humanitar öhdəliklərini yerinə yetirməsi gözlənilməməsi deməkdir.
HƏMAS ilə danışıqların bir neçə aydır davam etdiyi bildirilir. Sülh Şurası regionda layihələrin həyata keçirilməsinin hərəkatın demilitarizasiyası ilə birbaşa əlaqəli olduğunu vurğulayıb. HƏMAS öz tərəddüdünü İsrailin İDF-nin qismən geri çəkilməsi və Qəzza əhalisinə humanitar yardım göstərilməsi ilə bağlı razılaşmalara əməl etməməsi ilə əsaslandırır.

Sülh Şurası 11 aprel tarixini müəyyən etsə də, proses o vaxtdan bəri az irəliləyiş əldə edib. Cavab olaraq, HƏMAS nümayəndələri Amerika təşkilatının təkliflərinin əksəriyyətini faktiki olaraq rədd edərək Fələstin dövlətinin yaradılmasının vacibliyini bəyan ediblər. Nəşrin məlumatına görə, İsrail artıq Fələstin anklavında hərbi fəaliyyətini bərpa etməyə hazırlaşır. Lakin qeyd olunur ki, İsrail ordusu artıq girovların yaşaması zərurətinə məhəl qoymayayaraq, daha qətiyyətli hərəkət edə bilər.

//Samir Qurbanov, Editor.az