Mayın 6-da iki Rusiya pilotsuz təyyarəsi Suminin mərkəzindəki uşaq bağçasına zərbə endirib. Mer vəzifəsini icra edən Artem Kobzar bu barədə Telegram-da məlumat verib.
Editor.az xəbər verir ki, O, hücum dronlarından birinin şəhərə düşdüyü anın videosunu yayımlayıb. Daha sonra “Suspilne” Telegram-da zərbə yerindən görüntülər yayımlayıb. Burada dron birbaşa uşaq bağçası binasına zərbə endirib. Videoda böyük yanğın və binanın yuxarı mərtəbələrindən insanların xilas edilməsi göstərilir.
Kobzarın sözlərinə görə, itkilər və dəyən ziyanın miqyası barədə məlumatlar hazırda dəqiqləşdirilir. Hadisə yerində bütün müvafiq xidmətlər işləyir.
//Samir Qurbanov, Editor.az

