Donald Tramp növbəti dəfə Papa XIV Leoya “ilişdi”backend

Donald Tramp növbəti dəfə Papa XIV Leoya “ilişdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp iddia edib ki, Papa XIV Leo İranla müharibə ilə bağlı açıqlamaları ilə “katolikləri təhlükəyə atır”. Buna cavab olaraq İtaliya papaya qarşı hücumlara son qoyulmasını tələb edib.

Bu, Trampın Papa XIV Leonu İranla müharibə ilə bağlı açıqlamalarına görə tənqid etdiyi ilk dəfə deyil. Mühafizəkar radio aparıcısı Hyu Hevitlə müsahibə zamanı Amerika lideri iddia edib ki, papa guya İranın nüvə silahına sahib olduğunu etiraf edir və bununla da “bir çox katolikləri və bir çox insanı təhlükəyə atır”.

Lakin qeyd edək ki, XIV Leo heç vaxt İranın nüvə silahlarına dəstəyini bildirməyib. O, əvvəllər müharibəyə qarşı çıxıb və Yaxın Şərqdə dinc dialoqa çağırıb.

ABŞ prezidentinin açıqlamaları artıq İtaliyada reaksiya alıb. Xarici işlər naziri Antonio Tajani X kanalında “Müqəddəs Ataya qarşı hücumların qəbuledilməz olduğunu və sülh işinə töhfə vermədiyini” bildirib. O, həmçinin Papa XIV Leonu dəstəklədiyini açıqlayıb və onun dialoq və insan həyatının qorunması çağırışlarının vacibliyini vurğulayıb.

Vatikanın dövlət katibi kardinal Pietro Parolin də papanı dəstəkləyib. ANSA-nın məlumatına görə, o, Papanın sülhü təbliğ etməkdə “öz yolunda davam edəcəyini” qeyd edib.

//Samir Qurbanov, Editor.az