Ukrayna ordusu paradı pozmağa cəhd edərsə, Kiyevin mərkəzinə raket zərbəsi endiriləcək – Rusiya Müdafiə Nazirliyibackend

Ukrayna ordusu paradı pozmağa cəhd edərsə, Kiyevin mərkəzinə raket zərbəsi endiriləcək – Rusiya Müdafiə Nazirliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinin atəşkəsi 1820 dəfə pozduğunu bildirib. O, pozuntular arasında atəş açma, hücum cəhdləri, hava hücumları və döyüş dronlarından istifadənin olduğunu bildirib.

Qeyd edək ki, 4 may axşamı Zelenski 5 may gecə yarısından 6 may gecə yarısına qədər atəşkəs elan edib. Atəşkəs birtərəfli qaydada tətbiq edilib və Rusiyanın atəşkəs elan etməsindən bir neçə gün əvvəl qüvvəyə minib.

Rusiya Müdafiə Nazirliyi isə Vladimir Putinin qərarı ilə 8-9 may tarixlərində Ukrayna ilə atəşkəs elan ediləcəyini açıqlayıb. Müdafiə Nazirliyi qeyd edib ki, Ukrayna ordusu Qırmızı Meydanda Qələbə Günü paradını pozmağa cəhd edərsə, Kiyevin mərkəzinə raket zərbəsi endiriləcək. Atəşkəs birtərəfli qaydada elan edilib.

//Samir Qurbanov, Editor.az