700-dən çox lotereya bileti oğurladı, heç nə udmadıbackend

700-dən çox lotereya bileti oğurladı, heç nə udmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolşoy Kamen şəhərində (Primorski diyarı) 49 yaşlı yerli sakin ümumi dəyəri təxminən 400.000 rubl olan 700-dən çox lotereya bileti oğurlamaqda ittiham olunur.

Bu barədə regional prokurorluq məlumat verib. Müstəntiqlərin sözlərinə görə, lotereya biletləri satıcısında satış məsləhətçisi işləyən qadın böyük uduş ümidi ilə yaşayıb. Lakin biletlərin heç biri uduşlu olmayıb. Qadını mənimsəməyə görə altı ilə qədər həbs cəzası gözləyir (Rusiya Cinayət Məcəlləsinin 160-cı maddəsinin 3-cü hissəsi). Cinayət işi məhkəməyə verilməsi üçün Şkotovski Rayon Məhkəməsinə göndərilib.

//Samir Qurbanov, Editor.az