ABŞ məhkəməsi Prezident Donald Trampın CNN, “Politiko” və MS NOW müxbirlərinin Ağ Evə girişinə qoyduğu qadağanın ləğv edilməsi barədə qərar çıxarıb.
Editor.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, qərar CNN, MS NOW və “Politiko”nun qaldırdığı iddia əsasında təcili tədbir görülməsi tələbinə baxılarkən qəbul edilib:
“Jurnalistlər Ağ Evə giriş qadağasının onların söz azadlığı və lazımi hüquqi prosedur hüquqlarını pozduğunu bildiriblər”.
Qeyd edək ki, sentyabrın 18-də Tramp CNN, MS NOW və “Politiko” jurnalistlərinin Ağ Evdə fəaliyyət göstərməsini qadağan edib. O, qərarını həmin media qurumlarının administrasiyası barədə yanlış məlumatlar yayması ilə əsaslandırıb.

