“Formula 1” “Sea Breeze”də keçirilə bilər – VİDEObackend

“Formula 1” “Sea Breeze”də keçirilə bilər – VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Emin Ağalarov “Formula 1” Azərbaycan Qran-Prisinin gələcəkdə Bakının mərkəzindən “Sea Breeze” ərazisinə köçürülməsi ehtimalı haqda video paylaşıb.

Editor.az Axşam.az-a istinadla xəbər verir ki, müğənni paylaşdığı videoaçıqlamada bununla bağlı işlərə başlanıldığını bildirib.

Emin bildirib ki, uzun müddətdir sahibi olduğu yaşayış kompleksində “Formula 1” yarışı üçün xüsusi trasın inşa olunacağı ilə bağlı müzakirələr aparılır. Onun sözlərinə görə, layihənin reallaşdırılması üçün “Formula 1” traslarının layihələndirilməsi ilə məşğul olan şirkətlə də əlaqə yaradılıb.

E.Ağalarov qeyd edib ki, 2030-2031-ci illərə qədər trasın və ətraf infrastrukturun tikintisi mümkün olarsa, “Formula 12 yarışlarının “Sea Breeze”də keçirilməsi nəzəri olaraq mümkündür:

“Hazırda bununla bağlı konkret razılaşmalar yoxdur. Amma bizim belə bir arzumuz var. Arzu etdiyimiz hər şey reallaşıb. Ona görə də “Sea Breeze”də “Formula 1” uzaqda deyil”.

Emin həmçinin oyunların həmin ərazidə necə görünə biləcəyi görüntüləri də yayımlayıb.