Hollivud aktyoru Ben Afflek məşhur “Kim milyonçu olmaq istəyir?” televiziya şousunda 1 milyon dollarlıq baş mükafatı qazanıb.
Aktyor proqramda Jeopardy! çempionu Ceymi Dinq ilə birlikdə iştirak edib. Onlar final mərhələsində bütün sualları düzgün cavablandıraraq maksimum mükafata sahib olublar.
Məlumata görə, Ben Afflekin qazandığı 1 milyon dollar onun həmtəsisçisi olduğu Eastern Congo Initiative xeyriyyə fonduna bağışlanacaq. Fond Konqo Demokratik Respublikasının şərqində həyata keçirilən humanitar layihələrin maliyyələşdirilməsi ilə məşğuldur.
Verilişin sözügedən buraxılışı YouTube platformasında yayımlanıb.

