İlham Əliyev: “Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək”backend

İlham Əliyev: “Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün biz sizinlə qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsinə birgə səylərimizi bir daha nümayiş etdirərək, dövlətlərarası münasibətlərimizi ən yüksək səviyyəyə qaldırdıq”.

Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata birgə bəyanatında bildirib.

Dövlətimizin başçısı vurğulayıb: “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə – həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik”.