Macarıstanın baş naziri Peter Madyar ölkənin enerji böhranı ilə üz-üzə qala biləcəyi barədə xəbərdarlıq edib.
O, sosial şəbəkə hesabında bildirib ki, buna səbəb Dunay çayında suyun səviyyəsinin rekord həddə enməsi nəticəsində ölkənin yeganə atom elektrik stansiyası olan “Pakş” AES-in 44 il ərzində ilk dəfə tam fəaliyyətini dayandırmaq məcburiyyətində qalmasıdır.
Baş nazirin sözlərinə görə, stansiyanın dayanması Macarıstanın enerji təminatında ciddi problemlər yarada və ölkəni enerji böhranına sürükləyə bilər.
//Samir Qurbanov, Editor.az

