ABŞ Rusiyanın da daxil olduğu beş şirkətə qarşı sanksiya tətbiq edibbackend

ABŞ Rusiyanın da daxil olduğu beş şirkətə qarşı sanksiya tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İranın “Mahan Air” aviaşirkəti ilə əlaqələrə görə Rusiya, İran, Çin və Hindistandan olan beş şirkətə qarşı sanksiyalar tətbiq edib.

Editor.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) yaydığı məlumata görə, Vaşinqton İranın sanksiya siyahısında olan “Mahan Air” aviaşirkəti ilə əməkdaşlıq etdiyi iddia edilən beş hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq edib.

Sanksiyalara məruz qalan şirkətlər arasında Moskvada fəaliyyət göstərən “Air Cargo Pro” nəqliyyat şirkəti də yer alıb. Bundan başqa, İran, Çin və Hindistanda qeydiyyatdan keçmiş daha dörd şirkət sanksiya siyahısına daxil edilib.

ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilir ki, sanksiyaya məruz qalan şirkətlər və şəxslər İranın “Mahan Air” aviaşirkəti ilə əməkdaşlıq ediblər. Sözügedən aviaşirkət artıq ABŞ-ın sanksiya siyahısındadır.

ABŞ-ın sanksiya siyahısına daxil edilmək həmin şəxslərin və şirkətlərin Birləşmiş Ştatlardakı aktivlərinin dondurulmasını nəzərdə tutur. Həmçinin ABŞ vətəndaşlarına və şirkətlərinə sanksiya tətbiq olunan tərəflərlə biznes əlaqələri qurmaq qadağan edilir.

Bundan əlavə, ABŞ hakimiyyəti Çin Xalq Respublikasının bir vətəndaşına qarşı da sanksiya tətbiq edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Senatında Rusiya və İrana qarşı yeni və daha sərt sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinin qəbuluna aparan prosesin ilk prosedur mərhələsinin keçildiyi bildirilmişdi.

//Gülnarə Abasova, Editor.az