JSİD sədri Günel Gözəlova QHT Agentliyinin qrant müsabiqələrinə dair infosessiyasında iştirak edibbackend

JSİD sədri Günel Gözəlova QHT Agentliyinin qrant müsabiqələrinə dair infosessiyasında iştirak edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə qrant müsabiqələrinə dair geniş tərkibli infosessiya keçirilib.

Tədbirdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rahman Hacıyev, QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev, Səhiyyə Nazirliyinin İİV/QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə proqramının Layihə Əlaqələndirmə Bürosunun direktoru Yaşar Orucov və digər məsul şəxslər iştirak ediblər.

250-dən çox qeyri-hökumət təşkilatının nümayəndəsinin qatıldığı infosessiyada qrant müsabiqələrinin istiqamətləri, prioritet sahələr, layihələrin hazırlanması və təqdim olunması ilə bağlı məsələlər müzakirə edilib.

Tədbirdə iştirak edən Jurnalist Sənətkarlığının İnkişafına Dəstək İctimai Birliyinin (JSİD) sədri Günel Gözəlova qrant müsabiqələrinin şərtləri, layihələrin hazırlanması və təqdim edilməsi ilə bağlı suallar ünvanlayıb. Aidiyyəti qurumların nümayəndələri tərəfindən səsləndirilən suallar ətraflı cavablandırılıb, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

İnfosessiya çərçivəsində QHT nümayəndələri ilə dövlət qurumlarının məsul şəxsləri arasında fikir mübadiləsi aparılıb, qrant müsabiqələrində iştirakla bağlı praktiki məsələlərə dair izahlar verilib.

Belə görüşlər vətəndaş cəmiyyəti institutlarının məlumatlandırılması, QHT-lərin layihə təşəbbüslərinin inkişaf etdirilməsi və dövlət qurumları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.