Polşada hakimiyyət savaşı qızışır: Prezidentdən 20 illik həbs xəbərdarlığı!backend

Polşada hakimiyyət savaşı qızışır: Prezidentdən 20 illik həbs xəbərdarlığı!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada Prezident Karol Navrotski ilə Baş nazir Donald Tusk arasında siyasi qarşıdurma fonunda sərt xəbərdarlıq yayılıb.

Prezidentin tərəfdarlarının “Karol Nawrocki – popieramy” səhifəsində Polşa Cinayət Məcəlləsinin 128-ci maddəsi paylaşılıb.

Maddəyə əsasən, ölkənin konstitusion hakimiyyət orqanını zorakılıq yolu ilə devirməyə yönəlmiş fəaliyyətə görə 3 ildən 20 ilədək həbs cəzası nəzərdə tutulur.

Qara fonda, qırmızı nida işarələri ilə yayılan xəbərdarlıq Polşadakı siyasi gərginlik fonunda diqqət çəkib.

Paylaşımda konkret şəxsin adı çəkilməsə də, prezidentlə hökumət arasında dərinləşən qarşıdurma bu mesajın siyasi məzmunu barədə suallar doğurur.

Polşada hakimiyyət uğrunda mübarizə artıq cinayət məsuliyyəti və konstitusion quruluşun müdafiəsi müstəvisində də gündəmə gətirilir.

Musavat.com

62744bdd-b716-4942-860d-3b5fab4688f7.jpg (79 KB)