Ara seçkilərdə məğlubiyyət Trampı bu qərarı verməyə sövq edə bilərbackend

Ara seçkilərdə məğlubiyyət Trampı bu qərarı verməyə sövq edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinə ara seçkilərində Respublikaçıların məğlubiyyəti ABŞ prezidenti Donald Trampı İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara davam etməyə sövq edə bilər.

Məlumatı Axios mənbələrinə istinadən yayıb. Mənbəyə görə, ABŞ administrasiyası daxilində İrana qarşı hücumların mümkün bərpası ilə bağlı fikirlər bölünüb. Dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset belə bir qərarı, vitse-prezident J.D.Vens, eləcə də xüsusi nümayəndələr Stiv Vitkoff və Cared Kuşner isə Tehranla danışıqların bərpasını dəstəkləyirlər.

Administrasiya mənbələrindən birinin sözlərinə görə, “Respublikaçılar ara seçkilərdə məğlub olarsa, Tramp genişmiqyaslı hərbi əməliyyat əmri verməyə daha çox meylli ola bilər”. Eyni zamanda Axios-un sitat gətirdiyi Ağ Ev rəsmisi seçki nəticələrinin Trampın İranla bağlı qərarında amil olmadığını bildirib.

Axios qeyd edir ki, Qətər vasitəçiləri ABŞ və İran nümayəndələri arasında birbaşa danışıqların yenidən başlamasına yönəlmiş Tehranda keçirilən təmaslar zamanı irəliləyiş əldə ediblər. Portalın məlumatına görə, Qətər vasitəçilərinin iştirakı ilə təmaslar bu gün Dohada davam edəcək. Reuters-in əvvəllər xəbər verdiyi kimi, danışıqlar prosesi, eləcə də Qətərin mövqeyi ABŞ ilə razılaşdırılıb.

Musavat.com