“Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin tərəfdaşlığı və QHT-nin Sədri Gunel Gozelovanın aparıcılığı ilə “Qafqaz Media Forumu-2026” keçirilib.
“Milli mətbuatdan rəqəmsal mediaya: Yeni dövrün çağırışları və perspektivləri” mövzusuna həsr olunan tədbir
“QAFQAZ MEDİA” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Azərbaycan İnnovasiya Mərkəzində baş tutub.
Forumda dövlət qurumlarının nümayəndələri, media rəhbərləri, ekspertlər və ictimaiyyət təmsilçiləri biraraya gələrək Azərbaycan mediasının inkişafını, rəqəmsal transformasiyanı və müasir informasiya mühitinin çağırışlarını, gələcək perspektivləri müzakirə ediblər.
Sonda Qafqaz “Media Forumu-2026″nın təşkili və tədbirdə aktivlik göstərən könüllülərə Təşəkkürnamələr təqdim olunub.
















