Hakan Fidan Marko Rubio ilə görüşdübackend

Hakan Fidan Marko Rubio ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Hakan Fidan G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün səfərdə olduğu ABŞ-də təmaslarını davam etdirir.

Türkiyəli nazir toplantı çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.

Görüşdə Türkiyə-ABŞ münasibətləri və ikitərəfli gündəliyin müxtəlif məsələləri ilə yanaşı, ABŞ ilə İran arasında aparılan danışıqlar prosesi, Qəzza zolağındakı vəziyyət, Rusiya-Ukrayna müharibəsi və digər regional məsələlər müzakirə olunub.// Report.az