BAŞLANDI! Ermənilərə qarşı növbəti “itiqovan” əməliyyatıbackend

BAŞLANDI! Ermənilərə qarşı növbəti “itiqovan” əməliyyatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan KTMT-dən çıxarılmalıdır, çünki respublika faktiki olaraq təşkilatın fəaliyyətində iştirak etmir, lakin onun qərarlarına təsir etmək hüququnu saxlayır”. Bu fikri KTMT-nin keçmiş baş katibi Nikolay Bordyuja bildirib.

Erməni baş diplomat Ararat Mirzoyan da eyni vaxtda bəyan edib ki, ölkəsi bu təşkilata qayıtmayacaq.

Ermənistan yoxa çıxan 10 min "əsgər"ini axtarır - Globalinfo.az

Daha əvvəl KTMT-nin baş katibi vəzifəsini icra edən Talatbek Masadıkov bildirib ki, Ermənistanın qovulması məsələsi təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının 11 noyabrda Moskvada keçiriləcək iclasında qaldırıla bilər. O, İrəvanın KTMT Nizamnaməsinin 20 və 25-ci maddələrini pozduğunu qiymətləndirib.

Xatırladaq ki, Ermənistan 2024-cü ildə KTMT-dəki üzvlüyünü və üzvlük haqqını ödəməyi dayandıracağını elan etmişdi. Lakin təşkilatın nizamnaməsində üzvlüyün dondurulması mexanizmi nəzərdə tutulmayıb.

Formal olaraq respublika Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanla birlikdə KTMT-nin üzvü olaraq qalır. Lakin bu məsələdə hər iki tərəfin riyakarlığı, siyasi oyunbazlığı diqqət çəkir. Nə KTMT, yaxud təşkilatın aparıcı gücü olan Rusiya Ermənistanı bu blokdan qovur, nə İrəvan de-yure getmək qərarı verir.

Bu hiyləgərlikdə məqsəd məsuliyyəti qarşı tərəfin üzərinə qoymaq planıdırmı? Nə üçün bu qeyri-müəyyənliyə son qoyulmur? Putin üçün Ermənistanın KTMT-də qalması niyə bu dərəcədə vacibdir, onları buradan da iti qovan kimi qovmaq vaxtı deyilmi?

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Musavat.com-a dedi ki, Ermənistanla KTMT arasındakı münasibətlər qəribə bir vəziyyətdədir: “Belə ki, həm Ermənistan, həm də KTMT birgə fəaliyyətin davam etdirilməsində maraq göstərmədiklərini açıq-aşkar bəyan edir, lakin yollarını rəsmi şəkildə ayırmağa tələsmirlər. Bu qeyri-müəyyənlik münasibətlərdəki böhranın nəticəsi olmaqla yanaşı, həmin münasibətləri idarə etmək vasitəsinə çevrilib. KTMT ilə əlaqədar bu qeyri müəyyənlik zahirən parodoksal görünsə də, mahiyyətcə həm Ermənistanın, həm də Rusiyanın maraqlarına qismən uyğundur. Buna görə də hər iki dövlət ilk addımı atan tərəf olmaq istəmir. Görünən odur ki, həm Moskva, həm də İrəvan ayrılığın siyasi yükünü qarşı tərəfin çəkməsini istəyir”.

Qulamhüseyn Əlibəyli: “Ermənistan "böyük Ermənistan" xəstə xülyası ilə  yaşamaqdan imtina etməlidir” | Hafta.az

Onun sözlərinə görə, Paşinyanın “nə vaxt lazım olsa, özümüz qərar verəcəyik, amma geri qayıtmayacağıq” deməsi bu məsələdə Ermənistanın strateji müəyyənliyini deyil, idarə olunan qeyri-müəyyənliyi ifadə edir: “Ermənistan üçün bu qeyri-müəyyənlik, yəni KTMT-nın nizamnamə fəaliyyətində, təlimlərində və yüksək səviyyəli tədbirlərində iştirak etməmək, üzvlük haqqı ödəməmək, lakin qərarların razılaşdırılmasını tələb etmək həm hüquqi, həm də siyasi baxımdan rahat mövqe kimi görünür. KTMT rəsmilərinin bildirdiyinə görə Ermənistanın bu təşkilat yanındakı daimi nümayəndəsi qurumun aparatdaxili strukturlarının işində iştirak edir. Yəni İrəvan bir növ qurum qarşısında öhdəliklərdən faktiki azad olur, formal statusunu isə müəyyən təsir aləti kimi saxlayır və qurumun fəaliyyəti haqqında məlumatlar əldə edir”.

Onun fikrincə, Paşinyanın hakimiyyəti üçün bu məsələnin daxili siyasi tərəfi də həssaslıqdır: “Ermənistan özü KTMT-dən çıxarsa, Rüsiyayönümlü müxalifət bu məsələdən daxili siyasi mübarizə vasitəsi kimi istifadə edə və hakimiyyəti mövcud təhlükəsizlik əlaqələrini dağıtmaqda ittiham edə bilərlər. Ermənistanın KTMT-dən çıxması yeni təhlükəsizlik təminatlarının avtomatik yaranması demək deyil. Başqa dövlətlərlə əməkdaşlıq, silah tədarükü və diplomatik yaxınlaşma kollektiv müdafiə öhdəliyini öz-özünə əvəz etmir. Qeyd etmək lazımdır ki, Ermənistan Rusiya ilə təkcə KTMT xətti ilə deyil, sərhəd və hərbi bazalar, enerji və ticarət, Avrasiya İqtisadi İttifaqı vasitəsilə bir çox sahələrdə bağlıdır. Ermənistan hakimiyyəti Avropa İttifaqına üzvlüyü strateji istiqamət kimi rəsmən qəbul etsə də, həm Avropa ittifaqının, həm də öz ölkəsinin buna hazır olmadığını və yaxın vaxtlarda da hazır ola bilməyəcəyini çox yaxşı bilir və buna görə də Rusiya ilə əlaqələri birmənalı kəsməyə cəsarət etmir. Bu baxımdan Paşinyan hakimiyyəti KTMT-dən könüllü çıxmanın və ya çıxarılmanın həm Ermənistan dövləti, həm də mövcud hakimiyyət üçün müəyyən risklər yaradacağını görür və buna görə də, bir tərəfdən, sərt siyasi bəyanatlarla çıxış edir, digər tərəfdən isə ehtiyatlı hüquqi davranış sərgiləyir. Bu baxımdan İrəvanın sərt siyasi bəyanatları ilə ehtiyatlı hüquqi davranışı arasındakı fərqi məhz yaranacaq mümkün risklərini bölüşdürmək istəyi ilə izah etmək olar”.

Siyasi şərhçi hesab edir ki, bu gün Ermənistan Rusiyanın Güney Qafqazda təsir imkanlarını saxlamaq üçün istifadə edə biləcəyi sonuncu dövlətdir: “Bu da Rusiyanı qəti qərar qəbul etməkdən çəkindirən amillərdən biridir. Ermənistan KTMT münasibətlərindəki qeyri-müəyyənliyin maraqlı tərəflərindən biri də bundan ibarətdir ki, KTMT-nin Nizamnaməsində üzv dövlətin özü tərəfindən birtərəfli bəyanatla üzvlüyün dayandırılması mexanizmi nəzərdə tutulmayıb. Lakin üzv dövlətin müəyyən rəsmi prosedurlara riayət etməklə KTMT-dən çıxması, habelə təşkilat qarşısındakı öhdəliklərini və təşkilatın müvafiq qərarlarını yerinə yetirmədikdə, Nizamnamənin tələblərini pozduqda KTMT şurasının qərarı ilə üzvlük müvəqqəti dayandırılması, öhdəliklərin yerinə yetirilməməsi davam etdikdə isə üzvlükdən çıxarılması imkanı nəzərdə tutulub.

Üzv dövlətin təşkilatın ali orqanının iclaslarında, təlimlərdə və yüksək səviyyəli digər tədbirlərdə iştirak etməməsi, üzvlük haqqı ödəməməsi KTMT-dən könüllü çıxma və ya üzvlüyün dayandırılması, yaxud üzvlükdən çıxarılmasının rəsmi prosedurunu əvəz etmir. Üzvlüyün dayandırılması və üzvlükdən çıxarılma haqqında qərar təşkilatın bəzi rəsmi prosedurları gözləməklə digər üzvlərinin konsensusu əsasında qəbul olunmalıdır. Bu halda barəsində qərar qəbul edilən dövlətin səsi nəzərə alınmır. Yəni hüquqi baxımdan əvvəlcə KTMT-də üzvlük dayandırılmalı, müəyyən olunmuş müddət keçdikdən sonra üzvlüyün dayandırılmasına əsas olmuş hallar aradan qaldırılmadıqda isə üzvlüyə xitam verilməsi haqqında məsələ qaldırılmalıdır. Beləliklə, Ermənistanın və KTMT-nin bir-biri ilə qarşılıqlı münasibətlərindəki davranışları oxşar nəticə yaratsa da, belə davranışda izlədikləri məqsədləri, imkanları və məsuliyyətləri eyni deyil. Ermənistan öz təhlükəsizlik siyasətini dəyişməyin risklərini idarə etməyə çalışır. Rusiya isə rəhbərlik etdiyi təşkilatın nüfuzunu və regional mövqeyini qorumaq istəyir. Qarşılıqlı riyakarlıq təsiri yaradan məqam hər ikisinin siyasi bəyanatları ilə hüquqi davranışı arasındakı fərqlərdir. İrəvan qayıtmayacağını deyir, lakin gedişini rəsmiləşdirmir. Təşkilat iştirak etməyən üzvdən narazıdır, amma münasibətin son qoymağa tələsmir. Burada həm məsuliyyəti qarşı tərəfin üzərinə qoymaq cəhdi, həm də vaxt qazanmaq, gələcək seçimləri açıq saxlamaq və geri dönüşü çətinləşdirən qərarı təxirə salmaq maraqları da var. Tərəflərin razılaşdırılmış oyun oynamaq ehtimalını da kənara qoymaq olmaz”.

Musavat.com