Financial Times: Avropa Ukrayna–Rusiya danışıqlarında daha fəal rol oynamalıdırbackend

Financial Times: Avropa Ukrayna–Rusiya danışıqlarında daha fəal rol oynamalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa ölkələri Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının irəlilədilməsi üçün yaranmış fürsətdən istifadə edərək daha fəal diplomatik rol oynamalıdır.

Financial Times qəzetində dərc olunan müəllif yazısında RAND Corporation analitik mərkəzinin Rusiya və Avrasiya üzrə rəhbəri Samuel Çarap bildirib ki, müharibənin başa çatmasının yeganə real yolu diplomatik danışıqlardır.

Ekspertin fikrincə, Avropa bu prosesdə təşəbbüsü artıraraq tərəflər arasında dialoqun bərpasına və mümkün razılaşmaların əldə olunmasına töhfə verə bilər. Bu yanaşmanın məqsədi uzunmüddətli və dayanıqlı sülh üçün siyasi həll yolunun tapılmasıdır.

//Samir Qurbanov, Editor.az