Kolumbiyada güclü zəlzələ: ölənlərin sayı 55 nəfərə çatıbbackend

Kolumbiyada güclü zəlzələ: ölənlərin sayı 55 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyanın qərbində baş verən 7,4 maqnitudalı güclü zəlzələ nəticəsində azı 55 nəfər həyatını itirib.

Editor.az xəbər verir ki, bu barədə yerli BluRadio radiostansiyası məlumat yayıb.

Məlumata görə, ən çox itki Valye-del-Kauka departamentində qeydə alınıb. Burada zəlzələ nəticəsində 27 nəfər ölüb.

Regionun qubernatoru Dilyan Fransiska bildirib ki, ölənlər arasında dörd uşaq da var. Onlardan üçü Kalima şəhərində, biri isə Çumbo şəhərində həyatını itirib. Daha bir qız uşağının ağır yaralandığı bildirilir.

Zəlzələnin yaratdığı dağıntılar səbəbindən ölkədə hava nəqliyyatında da ciddi problemlər yaranıb. Bir sıra hava limanlarının fəaliyyətinin pozulduğu bildirilir.

Kolumbiyanın Çoko departamentində də zəlzələ nəticəsində insan tələfatının olduğu daha əvvəl açıqlanmışdı.

Hadisə ilə bağlı xilasetmə və axtarış əməliyyatları davam edir. Ölənlərin və yaralananların sayının artacağı istisna edilmir.

//Gülnarə Abasova, Editor.az