Günəş tutulmasını təyyarədən izləmək mümkün olacaq – Iberia-dan xüsusi reysbackend

Günəş tutulmasını təyyarədən izləmək mümkün olacaq – Iberia-dan xüsusi reys

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın Iberia aviaşirkəti sərnişinlərə 12 avqustda baş verəcək Günəş tutulmasını təyyarədən izləmək imkanı yaradacaq.

Aviaşirkət bu məqsədlə xüsusi reys təşkil edib. Reysin marşrutu tutulmanın daha aydın müşahidə edilə biləcəyi ərazidən keçəcək və sərnişinlər nadir astronomik hadisəni havadan izləyə biləcəklər.

Məlumata görə, uçuş zamanı Günəş tutulmasının görüntülərinin geniş auditoriyaya çatdırılması da nəzərdə tutulur. Beləliklə, xüsusi reysdə iştirak etməyən şəxslər də hadisəni onlayn izləmək imkanı əldə edə biləcəklər.
Günəş tutulmasının 12 avqustda baş verməsi gözlənilir və hadisə astronomiya həvəskarları tərəfindən böyük maraqla qarşılanır.

//Samir Qurbanov, Editor.az