Rusiya iqtisadiyyatında artım demək olar ki, dayanıb. 2026-cı ilin ilk beş ayında ölkənin ÜDM-i cəmi 0,2% artıb. Bu fonunda Rusiya prezidenti Vladimir Putin iqtisadiyyata investisiyaların artırılmasının vacibliyini bəyan edib.
Lakin ölkənin iri şirkətləri əks istiqamətdə hərəkət edir. Mənfəətin azalması, yüksək kredit faizləri və iqtisadi qeyri-müəyyənlik səbəbindən bir çox şirkət kapital qoyuluşlarını azaltmağa başlayıb. Bu isə iqtisadi artımın bərpasını daha da çətinləşdirir.
Editor.az xəbər verir ki, məlumat The Moscow Times nəşrinə istinadən yayılıb.
//Samir Qurbanov, Editor.az

