ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında hazırkı münasibətlərə münasibət bildirib.
Trampın sözlərinə görə, ABŞ hazırda İranla danışıqlar aparmır və Tehranla dialoqa başlamaqda maraqlı deyil. O, Vaşinqtonun əsas diqqətini İrana qarşı iqtisadi təzyiqlərin gücləndirilməsinə yönəltdiyini bildirib.
Ağ Evin mətbuat katibi Karolin Livitt də ABŞ-İran arasında hazırda danışıqların aparılmadığını təsdiqləyib. Onun sözlərinə görə, Vaşinqton Tehranı ciddi və məzmunlu danışıqlara hazır hesab etdikdən sonra diplomatik təmasların bərpası mümkün ola bilər.
Bununla yanaşı, Qətər və Pakistan kimi ölkələr ABŞ və İran arasında gərginliyin azaldılması və diplomatik dialoqun bərpası üçün vasitəçilik səylərini davam etdirirlər.
//Samir Qurbanov, Editor.az

