Tramp Rusiya–NATO qarşıdurması ilə bağlı narahat olmadığını açıqladıbackend

Tramp Rusiya–NATO qarşıdurması ilə bağlı narahat olmadığını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Rusiyanın NATO ölkələrinə qarşı mümkün hərbi təxribatı və ya hücumu ilə bağlı narahat olmadığını bildirib.

Tramp bu barədə avqustun 27-də Axios-a telefon müsahibəsində danışıb. Rusiya ilə NATO arasında mümkün birbaşa qarşıdurma barədə suala cavab verən ABŞ lideri belə bir təhlükədən narahat olmadığını vurğulayıb: “Heç narahat deyiləm. Heç bir problem yoxdur.”

Trampın açıqlaması Avropada Rusiyanın NATO-nun kollektiv müdafiə öhdəliyini, xüsusilə də alyansın 5-ci maddəsini sınağa çəkə biləcəyi ilə bağlı narahatlıqların artdığı bir vaxtda səslənib.

Axios-un məlumatına görə, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin də həmin gün ABŞ-ın keçmiş kəşfiyyat rəsmisi Con Retkliff ilə Moskvada görüşdüyünü təsdiqləyib.

//Samir Qurbanov, Editor.az