ABŞ Prezidenti Donald Tramp Atlantik və ya Sakit okeanın adının dəyişdirilməsi ehtimalını gündəmə gətirib.
Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ artıq Meksika körfəzinin adını “Amerika körfəzi” olaraq dəyişdirib və Ontario gölünün də ABŞ ərazisindəki hissəsinin “Amerika gölü” adlandırılması barədə qərar qəbul edib. O, bunun ardınca okeanlardan birinin adının dəyişdirilə biləcəyini deyib.
“Bizim körfəzimiz və gölümüz var. İndi bizə okean lazımdır”, – Tramp bildirib və Atlantik və ya Sakit okeanın adının dəyişdirilməsi variantını nəzərdən keçirdiyini açıqlayıb.
Qeyd edək ki, Tramp avqustun 27-də Ontario gölünün ABŞ-dakı rəsmi federal sənədlərdə “Amerika gölü” adlandırılması barədə sərəncam imzalayıb. Lakin ABŞ prezidentinin digər ölkələri və beynəlxalq qurumları yeni adlandırmadan istifadə etməyə məcbur etmək səlahiyyəti yoxdur.
Trampın okeanlardan birinin adının dəyişdirilməsi ilə bağlı açıqlaması hələlik yalnız təklif xarakteri daşıyır və bununla bağlı hər hansı rəsmi qərar qəbul edilməyib.
//Samir Qurbanov, Editor.az

