Tramp Rusiyanın Hörmüz boğazı ilə bağlı mövqeyini dəyərləndirdibackend

Tramp Rusiyanın Hörmüz boğazı ilə bağlı mövqeyini dəyərləndirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Hörmüz boğazı ilə bağlı mövqeyini və atdığı addımları dəyərləndirib.

Editor.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərin Ağ Evdəki Oval kabinetdə suallarını cavablandırarkən danışıb. Görüş Ağ Evin rəsmi kanalları vasitəsilə canlı yayımlanıb.
Hörmüz boğazında vəziyyət ABŞ-İran qarşıdurması fonunda beynəlxalq gündəmin əsas məsələlərindən birinə çevrilib. Strateji əhəmiyyət daşıyan bu su yolu ilə enerji resurslarının daşınmasında yaranan məhdudiyyətlər qlobal neft bazarlarına da təsir göstərir.

Bununla yanaşı, Vaşinqton Moskvanın İranla münasibətlərini və Tehranla bağlı siyasətini də diqqətlə izləyir. ABŞ rəsmilərinin son günlər Rusiyaya İran məsələsi və Hörmüz boğazının açılması ilə bağlı mesajlar çatdırdığı bildirilir.

//Samir Qurbanov, Editor.az