ABŞ Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib – The Telegraphbackend

ABŞ Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib – The Telegraph

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya səfərinin Rusiya Prezidenti Vladimir Putinə ciddi xəbərdarlıq çatdırmaq məqsədi daşıdığı iddia olunur.

Editor.az xəbər verir ki, “The Telegraph” qəzetində dərc olunan köşə yazısında Britaniya ordusunun polkovniki Hamiş de Bretton-Qordon bildirib ki, Putinin Ukraynadakı müharibənin gedişatından getdikcə daha çox çıxılmaz vəziyyətə düşdüyü və Avropadakı NATO ölkələrindən birinə qarşı hərbi addım atma ehtimalının nəzərdən keçirildiyi barədə məlumatlar var.

Onun sözlərinə görə, belə bir addım Avropanı Ukraynaya dəstəyi dayandırmağa məcbur etməsə, Moskvanın Ukraynaya qarşı taktiki nüvə silahından istifadə imkanını nəzərdən keçirə biləcəyi ehtimalı da mövcuddur.

Retkliffin avqustun 25-də Moskvaya gözlənilməz səfəri zamanı Rusiya rəsmilərinə NATO ölkələrinə hücum etməmək barədə xəbərdarlıq etdiyi barədə ABŞ mediasında məlumatlar yayılıb.
Kreml isə Retkliffin Rusiya kəşfiyyat rəsmiləri ilə görüşdüyünü, lakin Vladimir Putinlə görüşmədiyini açıqlayıb. Rusiya tərəfi səfərin məzmunu ilə bağlı detalları açıqlamayıb.
Qeyd edək ki, nüvə silahından istifadə ilə bağlı iddialar hazırda ekspertin qiymətləndirməsi və media məlumatları səviyyəsindədir. Rəsmi Vaşinqton və Moskva Retkliffin səfərinin konkret məqsədini tam açıqlamayıb.

//Samir Qurbanov, Editor.az