Tramp və Zelenski arasında keçirilən görüş “çox məzmunlu” qiymətləndirilibbackend

Tramp və Zelenski arasında keçirilən görüş “çox məzmunlu” qiymətləndirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evin Oval kabinetində keçirilən görüş “çox məzmunlu və işgüzar” atmosferdə keçib.

Bu barədə Newsmax telekanalının jurnalisti Nana Sajaya X sosial şəbəkəsində məlumat verib.
Jurnalistin sözlərinə görə, görüşün gedişi ilə tanış olan mənbə Tramp və Zelenski arasında aparılan danışıqları “çox predmetli” kimi xarakterizə edib. Mənbənin bildirdiyinə əsasən, tərəflər əsas gündəm məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparıblar.

Görüş zamanı müzakirə olunan konkret məsələlər barədə isə hələlik rəsmi açıqlama verilməyib.

//Samir Qurbanov, Editor.az