ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyətinin üzvü Liza Kuku vəzifədən uzaqlaşdırmaq cəhdini dayandırıb.
Məhkəmənin qərarına əsasən, Liza Kuk hələlik vəzifəsində qalacaq. Hakimlər hesab ediblər ki, FED-in müstəqilliyinin qorunması vacibdir və prezident mərkəzi bankın rəhbərliyini qanunda nəzərdə tutulmuş əsaslar olmadan vəzifədən azad edə bilməz.
Qərar Tramp administrasiyasının icra hakimiyyətinin səlahiyyətlərini genişləndirmək istiqamətində atdığı addımlara hüquqi məhdudiyyət kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, bu qərar ABŞ Mərkəzi Bankının siyasi təsirlərdən müstəqilliyini qoruyan mühüm presedent hesab olunur.
//Samir Qurbanov, Editor.az

