HMD Global əfsanəvi Nokia Asha seriyasını yenidən bazara qaytarmağa hazırlaşırbackend

HMD Global əfsanəvi Nokia Asha seriyasını yenidən bazara qaytarmağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nokia brendinin hüquqlarına sahib olan HMD Global 2010-cu illərin ən məşhur büdcə telefon seriyalarından biri olan Nokia

Asha xəttini müasir formada yenidən təqdim etməyə hazırlaşır.
Şirkətin rəsmi saytında HMD Asha 305 adlı yeni modelə dair məlumatın ortaya çıxması bu seriyanın geri dönüşü ilə bağlı iddiaları gücləndirib.

Məlumata görə, yeni cihaz kompakt ölçüləri və sensor ekranı ilə seçiləcək. Modelin texniki xüsusiyyətləri və təqdimat tarixi hələ açıqlanmasa da, onun əlverişli qiymət seqmentində satışa çıxarılacağı gözlənilir.

Qeyd edək ki, Nokia Asha seriyası 2010-cu illərdə münasib qiyməti, uzun batareya ömrü və sadə istifadəsi sayəsində böyük populyarlıq qazanmışdı. Yeni modelin isə həmin xətti müasir imkanlarla davam etdirməsi gözlənilir.

//Samir Qurbanov, Editor.az