Putinlə əlaqələndirilən yaxta Danimarka sahillərində hərbi müşayiətlə görüntülənibbackend

Putinlə əlaqələndirilən yaxta Danimarka sahillərində hərbi müşayiətlə görüntülənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putinlə əlaqələndirilən Graceful yaxtası Danimarka sahillərində hərbi gəmilərin müşayiəti ilə müşahidə olunub.

Məlumata görə, yaxta iyunun 29-na keçən gecə Böyük Belt boğazından keçib, səhər saatlarında isə Anholt adası yaxınlığında qeydə alınıb. Gün ərzində gəmi Skagen burnu istiqamətində hərəkət edərkən onu Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus esmines və patrul gəmisi müşayiət edib.

Qeyd olunur ki, Graceful son üç ildən artıq müddətdə ictimaiyyətin diqqətindən kənarda qaldıqdan sonra ilk dəfə bu marşrutda müşahidə edilib. Yaxtanın Vladimir Putinə məxsus olduğu rəsmi şəkildə təsdiqlənməsə də, Qərb KİV-ləri onu uzun müddətdir Rusiya lideri ilə əlaqələndirir.

//Samir Qurbanov, Editor.az