Rusiya ilə Ukraynanın İstanbul razılaşmasını bu ölkələr pozub – Türkiyə hər şeyi açıqladıbackend

Rusiya ilə Ukraynanın İstanbul razılaşmasını bu ölkələr pozub – Türkiyə hər şeyi açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Ukrayna arasında 2022-ci ildə aparılan sülh danışıqları Qərb ölkələrinin təhriki ilə pozulub.

Publika.az xəbər verir ki, bunu İstanbulda keçirilən NATO Parlament Zirvə Toplantısının açılışında Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş deyib.

O, tərəflərin əldə edilən razılaşmaları möhkəmləndirməsinin qarşısını xarici müdaxilənin aldığını iddia edib.

“Cəmi bir neçə yüz metr aralıda yerləşən bu binada Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb və onlar demək olar ki, yekun sülh müqaviləsinin layihələrini imzalayıblar. Təəssüf ki, mövcud şərait və sülh istəməyən bir sıra ölkələr səbəbindən müqavilə imzalanmayıb”, – Numan Kurtulmuş çıxışı zamanı bildirib.

Türkiyəli siyasətçinin sözlərinə görə, Britaniya rəsmiləri, xüsusən də keçmiş baş nazir Boris Conson, Ukrayna prezidenti Vladimir Zelenskinin sənədləri imzalamaqdan imtina etməsini tələb etməklə sülh prosesinin qarşısını almaqda əsas rol oynayıblar. Ankara Fransa rəsmilərinin də oxşar mövqe tutduğunu vurğulayır.

2022-ci ilin yazındakı hadisələr həmin dövrün diplomatiyasında kritik bir mərhələ sayılır. Moskva və Kiyev nümayəndə heyətləri razılaşmanı yekunlaşdırmaq üzrə olsalar da, proses qəfil dayandırıldı. Numan Kurtulmuş qeyd edib ki, buna baxmayaraq, İstanbul formatı praktiki bəhrəsini verib: məhz orada “taxıl müqaviləsi”nin şərtləri razılaşdırıldı və müntəzəm məhbus mübadiləsi təşkil edilib.