Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna və NATO-nun Rusiyanın aerodrom və hərbi aviabazalarına kütləvi zərbələr endirmək üçün yeni silahlar hazırlamağı planlaşdırdıqlarını iddia edib.
Zaxarovanın sözlərinə görə, bu cür layihələr Qərbin Ukraynaya hərbi dəstəyinin yeni mərhələsini təşkil edir və Rusiyanın hərbi infrastrukturuna qarşı imkanların genişləndirilməsinə yönəlib.
Qeyd edək ki, bu iddialar Rusiya tərəfinin bəyanatına əsaslanır. Ukrayna və NATO tərəfindən sözügedən açıqlama ilə bağlı hələlik rəsmi təsdiq verilməyib.
//Samir Qurbanov, Editor.az

