ABŞ-ın Avropadakı təhlükəsizlik rolunun zəifləməsi fonunda Ukrayna Avropa İttifaqının müdafiə sisteminin əsas dayaqlarından birinə çevrilir.
Bu barədə Foreign Policy nəşri yazır.
Məqalədə bildirilir ki, Qərb ölkələrinin hərbi qərargahlarında hazırlanan əksər geosiyasi ssenarilərdə Ukrayna artıq yalnız yardım alan ölkə kimi deyil, Avropanın təhlükəsizliyini təmin edən strateji dayaq və çəkindirici qüvvə kimi nəzərdən keçirilir.
Nəşrin qeydinə görə, ABŞ-ın təhlükəsizlik zəmanətlərinin zəiflədiyi şəraitdə Avropa ölkələri Rusiyaya qarşı çəkindirmə qabiliyyətini qorumaq üçün Ukraynanın döyüş təcrübəsinə, hərbi potensialına və müdafiə sənayesinə getdikcə daha çox arxalanmalı olacaqlar.
Foreign Policy hesab edir ki, bu tendensiya gələcəkdə Avropanın təhlükəsizlik arxitekturasında Ukraynanın rolunu daha da artıracaq.
//Samir Qurbanov, Editor.az

