Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı həyəcanlı MESAJbackend

Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı həyəcanlı MESAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasını nəzərdə tutan və “Tramp marşrutu” adlandırılan layihənin bir sıra siyasi və geosiyasi amillərlə üzləşdiyini bildirib.

Editor.az  Modern.az-a istinadən xəbər verir ki, o, mediaya açıqlamasında prosesdə Rusiyanın iştirakının layihənin daha dayanıqlı və real icrasına töhfə verə biləcəyini deyib.

Diplomat qeyd edib ki, Ermənistan və Azərbaycan arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpası məsələləri 2022–2023-cü illərdə Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli işçi qrupunun vitse-prezidentlər səviyyəsində keçirilən görüşlərində müzakirə olunub və həmin dövrdə dəmir yolu əlaqələrinin bərpası ilə bağlı razılaşmalar əldə edilib.

Qaluzin bildirib ki, “bu dialoq və üçtərəfli işçi qrup çərçivəsində aparılan müzakirələr bizim günahımız olmadan dayandırılıb”.

Onun sözlərinə görə, hazırda əvvəlki formatda işlərin davam etdirilməsi çətindir:

“Çünki Ermənistanın gələcək dəmir yolunun səhmlərinin 49 faizini ABŞ tərəfinə verməyi planlaşdırdığı iddia olunur. ABŞ və İsrailin İrana qarşı zərbələrindən sonra Tehran sərhədləri yaxınlığında ABŞ-nin mövcudluğunu müsbət qarşılamaya bilər. Eyni zamanda, Çin də Avrasiya ilə Avropa arasında tranzit marşrut üzərində ABŞ nəzarətindən narazı qala bilər. Rusiyanın iştirakı layihənin həyata keçirilməsini asanlaşdıra bilər. Dəmir yolunun Rusiya standartı olan genişlikdə inşası Azərbaycanla fasiləsiz əlaqə üçün vacib ola bilər. Bundan başqa, xatırlatmaq lazımdır ki, Ermənistan dəmir yollarının Rusiya Dəmir Yollarının törəməsi olan “Cənubi Qafqaz Dəmir Yolu” QSC tərəfindən idarə edilir”.

Qaluzin əlavə edib ki, tranzit və sərhəd məsələləri Avrasiya İqtisadi İttifaqının normalarına uyğun tənzimlənməlidir:

“Marşrut Ermənistan-Türkiyə və Ermənistan-İran sərhəd xətlərindən keçdiyi üçün burada Rusiya sərhədçiləri də xidmət aparır və bu mexanizmlərin dəyişdirilməsi ilə bağlı rəsmi İrəvandan heç bir siqnal alınmayıb.

102-ci Rusiya hərbi bazasının Gümrüdəki fəaliyyəti ilə bağlı da İrəvandan onun çıxarılması və ya dəyişdirilməsi barədə hər hansı rəsmi müraciət yoxdur. Baza 2044-cü ilə qədər qüvvədə olan razılaşma çərçivəsində fəaliyyət göstərir və Moskva bunu region təhlükəsizliyinin əsas elementlərindən biri hesab edir. Rusiyanın hərbi mövcudluğunu “işğal vasitəsi” kimi təqdim etməyə çalışan bəzi siyasi qüvvələr və Qərbyönlü QHT-lərin mövqeyi yerli əhali tərəfindən dəstəklənmir. Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü və eyni zamanda Rusiya hərbi bazasının mövcudluğu məsələsi İrəvanın öz qərarıdır, Moskva isə mövcud razılaşmalara uyğun öhdəliklərini yerinə yetirməyə davam edəcək”.