ABŞ Maliyyə Nazirliyi bu həftə beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə İranla bağlı bir sıra görüşlər keçirəcək.
Musavat.com xəbər verir ki, məlumat Maliyyə Nazirliyinin yaydığı açıqlamada yer alıb:
“Maliyyə Nazirliyi bu həftə beynəlxalq maliyyə qurumları ilə görüşərək İran hökuməti və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı gəlir mənbələrini və tədarük şəbəkələrini pozmaq üçün lazımi məlumatları təqdim edəcək”.
Nazirlik görüşdə hansı maliyyə qurumlarının iştirak edəcəyini aydınlaşdırmayıb.
Qeyd edək ki, ABŞ administrasiyası İrana qarşı genişmiqyaslı hərbi qüvvələrin istifadəsinə son qoyduğunu və sanksiyalar vasitəsilə onu iqtisadi cəhətdən boğmaq siyasətinə keçdiyini açıqlayıb. Vaşinqton həmçinin İranla iqtisadi əlaqələri davam etdirən ölkələrə qarşı genişmiqyaslı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə hazır olduğunu bəyan edib.

