ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə gözlənilən danışığı zamanı Moskvanın guya İrana ABŞ hərbi bazalarının peyk görüntülərini ötürməsi ilə bağlı yayılan iddiaları gündəmə gətirəcəyini açıqlayıb.
Tramp bildirib ki, sözügedən məlumatların həqiqətə uyğun olub-olmadığını birbaşa Putindən soruşmaq niyyətindədir. O, məsələ ilə bağlı dəqiq məlumat almaq istədiyini vurğulayıb.
Qeyd edək ki, Rusiyanın ABŞ hərbi bazalarının peyk görüntülərini İrana ötürdüyünə dair məlumatlar son günlər beynəlxalq mediada geniş müzakirə olunur.
Moskva bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib. Reuters agentliyi də Trampın bəyanatını yayıb.
//Samir Qurbanov, Editor.az

